27 янв. 2011 г.

Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlığa dair mühüm sənədlər imzalanmışdır


"Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında” 2010-cu il sentyabrın 15-də İstanbul şəhərində imzalanmış Birgə Bəyannamənin, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” 2010-cu il avqustun 16-da Bakı şəhərində imzalanmış Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunları qüvvəyə minmiş və "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş" təsdiqlənmişdir.
  

01 янв. 2011 г.

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə - Tam mətni

Bu sənədin ratifikasiyası dövlətlərin milli təhlükəsizliklərinin təmini, iqtisadi əməkdaşlığın gücləndirilməsinin və ortaq dəyərlərinin, maraqların qorunması yolunda mühüm addımdır 

Son illərdə regionumuzda yerləşən dövlətlərin xarici siyasətində bütün sahələri əhatə edən inteqrasiya siyasətinin aparıcı rola malik olduğunu açıq-aşkar görürük. Çoxsahəli inteqrasiya isə Türk-İslam Birliyinin ən mühüm elementlərindəndir. Region dövlətlərinin bu siyasəti Türk-İslam Birliyinin qısa müddətdə reallaşacağına insanlarda tam əminlik yaradır. 

21 dekabr tarixində Azərbaycan parlamentində "Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə" sənədinin  ratifikasiya olunması qeyd edilən inteqrasiya siyasətində mühüm addım kimi qiymətləndirilməlidir.


21 дек. 2010 г.

Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıqla bağlı birgə Bəyannamə ratifikasiya olunub



Milli Məclisin bu günki iclasında Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıqla bağlı birgə Bəyannamə ratifikasiya olunub. AZADİNFORM xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Bəyannamə ilə bağlı müzakirə olunan müvafiq qanun layihəsinin təsdiq olunmasının zəruriliyindən danışıb.

O, qeyd edib ki, bu qanunun qüvvəyə minməsi iki ölkə arasında nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün böyük imkanlar yaradacaq. Müzakirələrdən sonra "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında" Birgə Bəyənnamənin təsdiq edilməsi barədə Qanun layihəsi təsdiq olunub.

20 дек. 2010 г.

İqtisadi böhranın maliyyə dəstəyi ilə aradan qaldırılması mümkünsüz görünür

Avrozonanın çöküşü Slovakiyadan başlaya bilər


"Qənaət siyasəti" ilə qarşısı alına bilinməyən iqtisadi böhranın maliyyə dəstəyi ilə aradan qaldırılması da mümkünsüz görünür. 2009-cu ilin əvvəlində avrozonaya daxil olan Slovakiya avrodan imtina edib, yenidən krona qayıtmaq istəyir. Bunu Avrozona üzvləri olan ölkələrin əvəzinə borc ödəmələrindən təngə gəldiklərini bəyan edən ölkə parlamentinin sədri Rixard Sulik bəyan edib. Bu barədə məlumatı Gzt.ru saytı yaydı. Avropa İttifaqında aydın qaydaların olmadığını bildirən Rixard Sulik Slovakiyanın avrodan imtina planlarının hazırlamasının və yenidən milli valyutaya keçilməsinin zəruri olduğunu bildirərək, avrozonada vəziyyət daha da pisləşsə Slovakiya kronunun yenidən dövriyyəyə buraxılacağını vurğulayıb.


18 дек. 2010 г.

Türkdilli ölkələrin sammiti 2011-ci ildə Astanada keçiriləcək

Türkdilli ölkələrin gömrük ittifaqının yaradılması və bütün türkdilli ölkələr arasında viza rejiminin ləğvi müzakirə olunacaq

2011-ci ilin oktyabrında Astanada xarici işlər nazirləri səviyyəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iştirakçısı olan ölkələrin sammiti keçiriləcək. Bu barədə jurnalistlərə cümə günü Şuranın rəhbəri Halil Akıncı məlumat verib.

O bildirib ki, sammitdə əsas məsələlər - türkdilli ölkələrin gömrük ittifaqının yaradılması və bütün türkdilli ölkələr arasında viza rejiminin ləğvi müzakirə olunacaq.

01 дек. 2010 г.

Avropada iqtisadi böhran sosial böhrana çevrilir


Bəzi rəsmilər Avropa Birliyindən çıxmaq haqda fikirlər səsləndirir

Son vaxtlar Avropanın bir sıra aparıcı dövlətlərin hökümətlərinin iqtisadi-maliyyə böhranının qarşısını almaq üçün əl atdığı sərt administrativ tədbirlər kütləvi etirazlarla müşayiət olunur. Avropada iqtisadi-maliyyə böhranı artıq sosial bohrana çevrilib.  Bu administrativ addımların atılmasında əsas məqsəd – qənaətdir. Bir müddət əvvəl saytımızda Avropa Birliyinə üzv dövlətlər olan Böyük Britaniya, Almaniya, Fransa, İspaniya öz dövlət büdcələrini qaydaya salmaq üçün əl atacaqları sərt tədbirlər planları barədə məlumat vermişdik.  

27 нояб. 2010 г.

Şərq Birliyi


Əlçatmaz görünən Türk-Ərəb Birliyi gerçəkləşməkdədir.


Bir sıra yerli və qərb mətbuat orqanlarında əvvəllər yaşanmış anlaşılmazlıqlara istinad edərək Türkiyə və ərəb ölkələrinin bütün sahələri əhatə edəcək Birliyin qurulması üçün hər hansı inteqrasiya proseslərinin baş verəcəyinə şübhə ilə yanaşdığı, bəzən bu Birliyin ümumiyyətlə mümkün olmadığı barədə yazılar yazılmaqdadır. Bu iddialara cavab özünü çox gözlətmədi. Belə ki, qısa müddətdə ərzində, daha dəqiq desək son 1 ildə Türkiyə Yaxın Şərqdə, Suriya, Livan və İordaniya ilə yanaşı, İraqla və Körfəz ölkələri ilə bütün sahələrdə inteqrasiyanı təmin edəcək yüksək səviyyəli strateji əməkdaşlıq mexanizmləri qurub.  Bu yaxınlarda İraqda səfirliyin təsis edilməsi barədə Azərbaycanın verdiyi qərarı da bu dostluğa, birliyə verilmiş bir töhfə saymaq olar.


19 нояб. 2010 г.

Türk - İslam Birliyi modeli hansı formada olacaq?

Qurban Bayramı münasibəti  ilə “Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi (GMİİB) tərəfindən Türk-İslam Birliyi mövzusunda 300 nəfərin iştirak etdiyi konfrans təşkil edilib. Konfransda dünya müsəlmanlarının zülmə məruz qalmasının səbəbləri və onların həlli yolları müzakirə edilib. 

Konfransda birliyin üzvü Ramil Rüstəmov çıxış edərək Türk-İslam Birliyi (TİB)  modelinin hansı formada olacağı, birliyə daxil olan dövlətlərin statusu və birliyin əhəmiyyəti barəsində ətraflı məlumat verib.

17 нояб. 2010 г.

Azərbaycan və İran münasibətləri yeni inkişaf mərhələsində

İran Prezidenti Mahmud Əhmədinejad: "Aramızdakı münasibətlər  qardaşlıq münasibətləridir. Öz evimizdə, qardaşlarımızın yanındayıq."    

Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Qonaqları səmimi salamlayan Prezident İlham Əliyev mübarək Qurban bayramı münasibətilə Prezident Mahmud Əhmədinejadı və İran xalqını təbrik edib. "Bu bayram günlərində Azərbaycana səfəriniz xüsusi məna daşıyır. Bu, bir daha onu göstərir ki, Azərbaycan Sizin doğma eviniz, doğma vətəninizdir. Mən çox şadam ki, biz bu gün Sizinlə çox geniş fikir mübadiləsi apardıq, gündəliyimizin, demək olar ki, bütün məsələlərini əhatə etdik. Bir daha gördük və əmin olduq ki, İran ilə Azərbaycan arasındakı münasibətlər dostluq, qardaşlıq zəminində sürətlə inkişaf edir. Biz bütün sahələrdə yaxşı nəticələri görürük, siyasi əlaqələrimiz güclənir. İqtisadi, enerji, nəqliyyat sahələrində işlər yaxşı gedir. Yəni, bizim üçün vacib olan bütün sahələr diqqət mərkəzindədir", İlham Əliyev deyib.

23 окт. 2010 г.

Dünyada sabitlik, təhlükəsizlik və rifahın tək yolu – Türk-İslam Birliyi

Tənəzzüldə olan Avropa qurtuluşu qənaətdə görür

Türk-İslam Birliyinin qurulması uğrunda real addımlar atılmaqdadır. Bu istiqamətdə ən əhəmiyyətli rolu Türkiyə, Türkdilli dövlətlər və Yaxın Şərq ölkələri oynamaqdadır. Regionda yerləşən ölkələr arasında inteqrasiya prosesləri artıq ənənə halını almışdır. Türkiyənin qonşuları ilə “sıfır” problem siyasəti, o cümlədən, İran və Suriya ilə son vaxtlar sıx münasibətlərin qurulması, vizaların qaldırılması, İraq, Balkan ölkələri ilə strateji əməkdaşlıq mexanizmlərinin qurulması ilə inteqrasiya prosesləri yeni mərhələyə keçdi. Türkiyə-Körfəz Əməkdaşlıq və Strateji Dialoq şurasının fəaliyyəti sürətləndi. "Avropa Birliyinin test yoxlaması" adlandırılan və 2011-ci ilin yanvar ayında rəsmən elan olunacaq, Türkiyə, Suriya, Livan və İordaniyanın üzv olduğu Yüksәk Sәviyyәli Әmәkdaşlıq Şurasının yaradılmasına qərar verildi. Bunlarla yanaşı Suriya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası da yaradıldı. Türkdilli ölkələrin dövlət başçılarının X sammiti çərçivəsində 2010-cu ilin sentyabr ayında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş imzalanması, Misir və İran 30 ildən çox davam edən gərginliyə son qoymaqla ilkin razılığa gələrək ölkələrarası birbaşa və daimi uçuşları bərpa etməsi yeni baxışın regionda aparıcı rola sahib olduğunun göstəriciləridir.

Qeyd olunan inteqrasiya proseləri ilə paralel olaraq Avropa Birliyinə üzv dövlətlər, ABŞ və Yaponiyada əksinə, iqtisadi böhran tam gücü ilə davam etməkdədir.

22 окт. 2010 г.

İnteqrasiya prosesləri sürətlə reallaşmaqdadır

Türk-İslam Birliyinin qurulması istiqamətində hərtərəfli
inteqrasiya prosesləri ard-arda sürətlə reallaşmaqdadır.

Türkiyə-Körfəz Əməkdaşlıq və Strateji Dialoq şurası xarici işlər nazirlərinin Küveytdəki toplantısında hər sahədə inteqrasiyanı təmin edəcək fəaliyyət planı qəbul edilib.

Fəaliyyət planı ticarət və sərmayə, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, nəqliyyat və rabitə, enerji, ekologiya, turizm, səhiyyə, mədəniyyət və təhsil olmaqla 9 fərqli sahədə əməkdaşlıq üçün işçi qrupların yaradılmasını nəzərdə tutur.

07 окт. 2010 г.

Bütün Mesopotamiya birləşir

Əhməd Davudoğlu: “İraqı da qatdığımızda beşlikdən ibarət bir
iqtisadi məkan meydana gəlir. Bütün Mesopotamiya birləşir.”

Türk-İslam Birliyinin qurulması istiqamətində Yaxın Şərqdə yerləşən ölkələrdən inteqrasiya çağırışları gəlməkdədir. Bir müddət əvvəl saytımızda 4 yaxın qonşu dövlət, Türkiyə, Suriya, Livan və İordaniyanın iştirakı ilə Әmәkdaşlıq Şurasının yaradılmasının nəzərdə tutulduğu barədə məlumat verilmişdir. Həmin məlumata əsasən gәlәn ilin yanvar ayında bu ölkələrin hökumәt rәhbәrlәrinin iştirakı ilә İstanbulda tәşkil edilәcәk zirvә toplantısında Yüksәk Sәviyyәli Әmәkdaşlıq Şurasının yaradılmasının rәsmi olaraq elan ediləcəyi bildirilmişdir.

Suriyanın Lazkiyə şəhərində baş tutmuş Suriya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası Nazirlərinin İkinci Yığıncağından qayıdarkən Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu jurnalistlərin suallarını cavablandırmışdır. Yenisafak.com.tr saytının verdiyi məlumatda belə deyilir. Həmin məlumatdan bəzi hissələri təqdim edirik.

04 окт. 2010 г.

Misir və İrandan birlik müjdəsi

Xəbər agentlikləri bu hadisəni əlaqələrin tammiqyaslı bərpasının başlanğıcı kimi qiymətləndirirlər.

Türk-İslam Birliyini müjdələyən xəbər uzun müddət soyuq münasibətdə olan iki müsəlman dövləti, Misir və İrandan gəldi.

BBCAzeri.com saytının verdiyi məlumata görə Misir və İran 30 ildən çox davam edən gərginliyə son qoyulması istiqamətində mühüm addım atıb.

Belə ki, son 30 ildə ilk dəfə olaraq Misir və İran paytaxtları arasında birbaşa uçuşları bərpa etmək barədə razılığa gəliblər.

Misirdə keçirilmiş danışıqlardan sonra rəsmilər bildiriblər ki, sazişə əsasən Qahirə və Tehran arasında həftədə 28 reys yerinə yetiriləcək.

Misir və İran arasında 1980-ci ildə rəsmi əlaqələr qırıldıqdan sonra iki ölkənin münasibətləri gərgin olaraq qalırdı. Bu yaxınlaradək tərəflər münasibətlərin bərpası barədə tez-tez danışsalar da, real addım atılmırdı.
Məhz buna görə də ölkələr arasında birbaşa və daimi uçuşların bərpası barədə xəbər xüsusi önəm daşıyır.


 

30 сент. 2010 г.

Balkanlarda yeni Osmanlı hegemoniyası

Bölgədə yeni Osmanlı baxışı yaranır

Yunanıstanda nəşr edilən “Kosmos tu Ependiti” qəzetinin 25 sentyabr 2010 tarixli  buraxılışında Stavros Ligerosun imzası ilə yazılmış məqalədə bölgədəki siyasi proseslərə dair bir sıra məsələlərə toxunulub. Etiraflarla dolu həmin məqalədən bəzi hissələri təqdim edirik:

“Ötən illərdə Yunanıstanın Balkanlardakı hegemon roluna etiraz edənlər çox az idi. Bir yandan bölgədə iqtisadi cəhətdən üstünlüyü, digər tərəfdən də ABŞ-ın bu rolu Afinaya həvalə etməsi bu vəziyyəti yaratmışdı. Yunanıstana qarşı heç də dost münasibəti bəsləməyən ölkələr bu vəziyyətlə "ən azından" barışmışdılar.

Bu imic son zamanlarda çox dəyişdi. Yunanıstandakı iqtisadi böhran, güclü qonşu qiyafəsinin düşməsinə səbəb oldu, başqa ölkələrin diplomatik oyunlarına şərait yarandı və ənənəvi formalaşmış fikirlərin üzə çıxmasına yol açdı. Yunan təsirinin gücünü azaltmaq, Türk təsirini güçləndirmək və genişləndirmək istiqamətində Ərdoğan höküməti yeni Osmanlı diplomatiyası ilə həmin fikirlərdən dolayısı ilə istifadə olundu.
  

26 сент. 2010 г.

Orta Şərqdə Yüksәk Sәviyyәli Әmәkdaşlıq Şurası yaradılır


Yüksәk Sәviyyәli Әmәkdaşlıq Şurası Türkiyә, Suriya, Livan vә İordaniyanın dəstəyi ilə qarşıdakı yanvar ayında yaradılacaq




Türk-İslam Birliyinin qurulması istiqamətində ardıcıl olaraq mühüm addımlar atılmaqdadır. İqtisadi inteqrasiya prosesinə təkan verə biləcək növbəti addım Orta Şərqdə yerləşən 4 yaxın qonşu dövlət, Türkiyə, Suriya, Livan və İordaniya arasında Yüksәk Sәviyyәli Әmәkdaşlıq Şurasının yaradılması olacaq.

Nyu-yorkda Türkiyә, Suriya, Livan vә İordaniyanın üzv olduğu “Yüksәk Sәviyyәli Әmәkdaşlıq Şurası” xarici işlәr nazirlәrinin toplantısı keçirilib. İlk dәfә İstanbulda keçirilәn toplantının ikincisi isә Nyu-Yorkdakı Türk Evindә baş tutub.